Türkiyədə investisiya dələduzlarına qarşı əməliyyat – 150 nəfərdən çox saxlanılan var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 39 vilayətində investisiya dələduzluğu ilə bağlı
keçirilən əməliyyatlar nəticəsində 159 nəfər şübhəli
saxlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə
hesabında məlumat verib.

Onun sözlərinə görə, Ankara Respublika Baş Prokurorluğunun
Ankara Vilayət Polis İdarəsi ilə birgə apardığı istintaq
çərçivəsində şübhəlilərin 6 milyard 656 milyon türk lirəsindən çox
məbləğdə pul dövriyyəsinə malik olduğu müəyyən edilib. Dələduzluq
sxemləri nəticəsində 23 vətəndaşa ümumilikdə 51 milyon 407 min 966
lirə zərər vurulub.




İstintaq çərçivəsində cinayət yolu ilə əldə edilən gəlirləri
bank hesabları, zərgərlik müəssisələri, kriptovalyuta hesabları
vasitəsilə köçürməkdə şübhəli bilinən 215 nəfərə qarşı 39 vilayətdə
eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 159 nəfər saxlanılıb, şübhəlilərə məxsus bank
və kriptovalyuta hesablarına həbs qoyulub. Beş zərgərlik şirkətinin
qızıl satışı, ehtiyatları, POS-terminalları, bank əməliyyatları və
vergi qeydləri ilə bağlı araşdırmalar davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir