
Bakı. Trend:
“SpaceX” şirkətinin səhmlərinin qiymətinin düşməsi nəticəsində
amerikalı iş adamı İlon Maskın sərvəti 28,6 milyard dollar azalaraq
1 trilyon dollardan aşağı düşüb.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 13-də birja ticarətinin
açılışından sonra “SpaceX”in səhmləri 3 faizdən çox ucuzlaşıb.
Nəticədə Maskın sərvəti 977,2 milyard dollar səviyyəsində
qiymətləndirilib.
İyunun 12-də “SpaceX”in səhmlərinin Nasdaq birjasında
listinqindən sonra İlon Mask dünyanın ilk trilyonçusu olub. Lakin
bir neçə gün sonra “SpaceX” və “Tesla” şirkətlərinin səhmlərinin
ucuzlaşması səbəbindən o, bu statusunu itirib.

