
Bakı. Trend:
Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti və qasırğa
İstanbulda nəqliyyatın hərəkətini iflic edərək 40-dan çox
təyyarənin digər şəhərlərin hava limanlarına yönləndirilməsinə
səbəb olub.
Bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir
ki, şiddətli yağışlar nəticəsində şəhərdə 1200-dən çox yaşayış
binası su altında qalıb və 15 torpaq sürüşməsi qeydə alınıb.
Səlahiyyətlilər isə sakinləri və turistləri zərurət olmadıqca evdə
qalmaga çağırıb.

