
Bakı. Trend:
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM)
7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də
Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi
şəxslər qarşılayıblar.

