SOCAR istiqrazları korporativ istiqraz bazarının 25 faizini təşkil edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda korporativ istiqraz emissiyalarının ümumi həcminin
təxminən 25 faizi SOCAR-ın istiqrazlarının payına düşür.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi
Bankının (AMB) baş direktoru Tərlan Rəsulov cümə axşamı Maliyyə
Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında
deyib.

O bildirib ki, Azərbaycanda korporativ istiqraz emissiyalarının
ümumi həcmi təxminən 2 milyard manatdır. Bunun 400 milyon manatlıq
hissəsi SOCAR-ın istiqrazlarının payına düşür.

“Ümumilikdə, korporativ istiqrazlar bazarının həcmi təxminən 2
milyard manatdır. Bunun 400 milyon manat civarında olan hissəsi
SOCAR-ın istiqrazlarından ibarətdir. Yəni bu, ümumi həcmin təxminən
25 faizidir”, – deyə T.Rəsulov qeyd edib.




Baş direktorun sözlərinə görə, SOCAR istiqrazlarının tədavül
müddətinin başa çatması onların bazardakı həcminin azalmasına səbəb
ola bilər.

O vurğulayıb ki, korporativ istiqrazlar bazarındakı
dəyişikliklərə dövlət qiymətli kağızlarının həcmi və ayrı-ayrı
istiqraz emissiyalarının tədavül müddətinin başa çatması da təsir
göstərir.

T.Rəsulov bankların borclanma həcminin azalmasına da münasibət
bildirərək qeyd edib ki, bu proses bazardakı mövcud şərait və
bankların borclanma strategiyası ilə əlaqəlidir.

“Burada qeyri-adi bir məsələ yoxdur. Bankların borclanma
həcminin azalması ümumi strategiya və bazarda baş verən
dəyişikliklər baxımından təbii haldır”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir