İran Hörmüz yaxınlığında neft tankerini vurub

Baş səhifə

Bakı.Trend:

Hörmüz boğazının şərqində neft tankeri atəşə tutulub.

İran dövlət telekanalının məlumatına görə bu barədə İranın hərbi
dəniz qüvvələrinin mətbuat xidmətindən bildirilib.

Açıqlamaya görə, atəşə tutulmuş neft tankeri qadağan edilmiş su
ərazilərindən keçməyə çalışıb.




“Bu tanker izləmə sistemlərini söndürərək Oman dənizində qadağan
olunmuş ərazidən keçməyə cəhd edib”, – Hərbi Dəniz Qüvvələrinin
açıqlamasında bildirilir.

Hazırda gəmidə yanğının baş verdiyi bildirilir. Gəminin hansı
bayraq altında üzdüyü və ekipaj üzvlərinin aqibəti barədə məlumat
yoxdur.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir