Zelenski Brüsselə gedib

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasına qatılmaq və tərəfdaşları ilə görüşlər keçirmək məqsədilə Brüsselə səfər edib.

Modern.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat verib.

Səfər çərçivəsində Ukrayna liderinin NATO-nun baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makronla görüşləri planlaşdırılıb.

Bundan əlavə, Zelenskinin Polşanın Baş naziri Donald Tusk, Danimarkanın Baş naziri Mette Frederiksen və Belçikanın Baş naziri Bart De Veverlə də müzakirələr aparacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir