“Bütün bombaların anası” İrana qarşı tətbiq oluna bilər – CNN

Baş səhifə

Bakı. Trend:

Pentaqon İranın enerji infrastrukturu və nüvə obyektlərinə
zərbələr endirilməsi ilə bağlı yeni planlar hazırlayır. Planlarda
“Bütün bombaların anası” kimi tanınan GBU-43/B aviasiya bombasından
istifadə ehtimalı da nəzərdən keçirilir.

Bu barədə CNN telekanalı vəziyyətlə tanış olan adı açıqlanmayan
ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq
seçkilərdən əvvəl və ya sonra İrana qarşı zərbələrin bərpasına
qərar verəcəyi təqdirdə MOAB kimi tanınan bombadan istifadəni
nəzərdən keçirə bilər.

Telekanalın məlumatına əsasən, Tramp hərbçilərə İranın enerji
infrastrukturu da daxil olmaqla, müxtəlif obyektlərə zərbələr
endirilməsi üzrə əlavə planlar hazırlamağı tapşırıb. İranın nüvə
obyektlərinə, o cümlədən Kazma dağı ərazisindəki hədəflərə mümkün
hücum variantları da müzakirə olunur.




Materialda qeyd edilir ki, MOAB geniş ərazilərdə dağıntılara
səbəb ola bilsə də, torpağın dərin qatlarına və möhkəmləndirilmiş
yeraltı obyektlərə nüfuz etmək üçün nəzərdə tutulmayıb.

CNN-in məlumatına görə, bu silahın İrana qarşı ilk dəfə tətbiqi
münaqişənin ciddi şəkildə eskalasiyasına səbəb ola bilər. Eyni
zamanda, onun ABŞ-ın strateji məqsədlərinə çatmasına nə dərəcədə
töhfə verəcəyi ilə bağlı suallar qalır.

Xatırladaq ki, ABŞ ilə İran arasında hərbi əməliyyatlar 2026-cı
il fevralın 28-dən başlayıb və hazırda passiv rejimdə davam
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir