Mirzoyan Türkiyə ilə sərhədin hər an açıla biləcəyini deyib

Baş səhifə

Bakı. Trend:

Biz sabah yuxudan oyanıb Türkiyə Ermənistan sərhədinin
açıldığını görə bilərik.

Bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri
Ararat Mirzoyan İrəvanda COP17 çərçivəsində keçirilən Liderlər
Sammiti zamanı jurnalistlərə bildirib

Onun sözlərinə görə, Ermənistan və Türkiyə arasında
münasibətlərin normallaşması prosesi sərhədin istənilən vaxt
açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər
yetkinləşib.

Bu nikbinliyin səbəbləri barədə suala cavab verən nazir qeyd
edib ki, Ermənistan və Türkiyə arasında dialoq kifayət qədər
intensivləşib, diplomatik kanallar vasitəsilə aparılır və müxtəlif
iqtisadi-ticarət məsələlərini də əhatə edir.




Mirzoyan vurğulayıb ki, Ermənistan Türkiyə ilə sərhədi
insanların ikitərəfli hərəkəti, eləcə də sərnişin və yük daşımaları
üçün artıq indi aça bilər. Bununla yanaşı, o xatırladıb ki, Türkiyə
və Azərbaycan iki normallaşma prosesin paralel şəkildə
irəliləməsini dəstəkləyir.

Eyni zamanda, Mirzoyan bildirib ki, Ermənistan artıq
Azərbaycanla sülh şəraitindədir və iki ölkə arasında ticarət
aparılır. Bununla belə, ticarət birbaşa ortaq sərhəd vasitəsilə
həyata keçirilmir.

Xatırladaq ki, Türkiyə Ermənistanın Azərbaycanın ərazi
bütövlüyünə qarşı hərbi təcavüzünə görə 1993-cü ildə Ermənistanla
sərhədi bağlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir