
Bakı.Trend:
Oktyabrın 16-da İrəvanda Ermənistanın Baş naziri Nikol
Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında görüş
keçirilib.
Bu barədə ermənistanlı Baş nazir öz rəsmi “Facebook” səhifəsində
videomaterial yayıb.
Görüşdə liderlər ikitərəfli münasibətləri, eləcə də gündəmdə
olan regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Pezeşkian COP-17 Liderlər Sammitində iştirak etmək
üçün İrəvana gəlib. Oktyabrın 16-da İrəvanda, “Meridian” Sərgi
Mərkəzində COP-17 Liderlər Sammitinə start verilib.

