
Bakı. Trend:
Çexiyanın dövlət borcu 2026-cı ilin ilk doqquz ayında 9,4
milyard dollar artaraq rekord həddə – 179,3 milyard dollara
yüksəlib.
Bu barədə Çexiyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin dövlət borcu 3,882 trilyon Çexiya kronuna
çatıb və ÜDM-in 43,9 faizini təşkil edib. Ötən ilin sonunda bu
göstərici 42,9 faiz olub.
Məlumata görə, borcun artması əsasən dövlət büdcəsi kəsirinin
maliyyələşdirilməsi üçün istiqrazların buraxılması ilə əlaqədardır.
Sentyabrın sonuna büdcə kəsiri 194,5 milyard krona (təxminən 9
milyard dollar) çatıb.
Proqnozlara əsasən, 2026-cı ilin sonuna Çexiyanın dövlət borcu
ÜDM-in 44,4 faizinə yüksələ bilər.

