İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici
qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi
(İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti
şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti
hesabatını dərc edib.

Agentlikdən bildirilib ki, hesabatda 2026-cı ilin III rübü
ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və
provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və
indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2026-cı ilin II rübü
üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operatorun,
yaxud provayderin indeksindəki dəyişiklik dinamikası müəyyən
olunub.

Eyni zamanda, hesabatda təqdim edilən şikayətlərin orta
cavablandırılma müddəti “E-Şikayət” sisteminə 2026-cı ilin III
rübündə daxil olan müraciətlərin telekommunikasiya operator və
provayderləri tərəfindən icra müddətini əks etdirir.

İKTA bəyan edir edir ki, ictimai nəzarətin formalaşması,
şəffaflığın təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi
baxımından şikayət indeksi və şikayətlərin orta cavablandırılma
müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu,
telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə,
tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan
yaradacaq.




Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında
istifadəyə verilib. Bu günədək vətəndaşlar tərəfindən adıçəkilən
sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 17
min 200-dən artıq müraciət daxil olub.

Agentlik telekommunikasiya xidmətlərində çətinliklər yarandıqda
istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə
vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə
“mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet
servis provayderlərindən və mobil operatorlarından və poçt rabitəsi
operatorlarından onlayn şikayət etməsi” xidmətindən (“E-Şikayət”)
yararlanmağı məsləhət görür.

Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma
müddəti hesabatının dərcinin davamlı olacağını və geniş
ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA
gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən
tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni
strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir