Rusiya bu gecə Ukraynanın 1015 dronunu vurub

Baş səhifə

Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 1015 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dronlar oktyabrın 17-si Moskva vaxtı ilə saat 20:00-dan oktyabrın 18-i saat 08:00-dək vurulub. Nazirliyin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Ryazan, Smolensk, Tver və Tula vilayətləri üzərində məhv edilib.

Eyni zamanda Moskva vilayətində, Krasnodar diyarında, Krımda və Qara dəniz akvatoriyasında dronların vurulduğu açıqlanıb. Ukrayna tərəfi məlumatı hələlik şərh etməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir