Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Baş səhifə

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA xəbər verir ki, bu barədə Nümayəndəliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edir.

Qoy bu əlamətdar gün qürur, sevinc və sülh, firavanlıq, tərəqqi dolu gələcəyə yeni ümidlər gətirsin”, – paylaşımda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir