Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun
vurulub.

Son oyun günündə iki matç keçirilib.

Günün ilk görüşündə Yevlax şəhər stadionunda “İmişli” və “Turan
Tovuz” komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0
hesablı qələbəsi ilə başa çatıb.




Digər görüşdə isə “Kəpəz” Gəncədə “Zirə”ni qəbul edib. Matç 1:1
hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Şamaxı” “Şəfa”ya
3:2, “Sumqayıt” “Araz-Naxçıvan”a 2:1, “Sabah” isə “Qəbələ”yə 4:0
hesabı ilə qalib gəlib. “Qarabağ” və “Neftçi” arasında keçirilən
görüşdə isə 3:3 hesablı heç-heçə qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir