
Bakı. Trend:
Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt bazasında baş
verən partlayış və ardınca meydana gələn yanğın nəticəsində 39
nəfər xəstəxanaya yerləşdirilib, onlardan 19-nun vəziyyəti
kritikdir.
Bu barədə əyalətin rəhbəri Daniel Smit məlumat verib.
“Hazırda 39 xəstə xəstəxanaya yerləşdirilib, onlardan ən azı
19-nun vəziyyəti kritikdir”, – deyə o, Edmontonda jurnalistlərə
bildirib.
Smit əlavə edib ki, zərərçəkənlərdən bəziləri ağır yanıq
xəsarətləri alıblar. Onların bir neçə həftə, hətta ay ərzində
intensiv müalicə alması tələb olunacaq.
Zərərçəkənlərin xəstəxanaya çatdırılması üçün 22 təcili tibbi
yardım avtomobili, 6 təyyarə və 2 helikopter cəlb olunub.

