İranAir Şirkətinə xarici şirkətlərin 30 milyon borcu var

Baş səhifə

Bakı. Trend:

İranın Hava Yolları Şirkətinə (IranAir) xarici hava yolları
şirkətlərinin ümumilikdə 30 milyon dollar borcu var.

İranın Yol və Şəhərsalma Nazirliyinin məlumatına görə, bunu
İranın Hava Yolları Şirkətinin icra direktoru Tahir Əbdülləhi
deyib.

“Gulf Air, Lufthansa, Asteria, Turkish Airlines və bir sıra
başqa hava yolları şirkətlərinə təyyarələrə yerüstü xidmətlər
(handling), yemək və içkilərin hazırlanması (catering) üzrə İranın
Hava Yolları Şirkətinə borcları yaranıb”, – deyə o qeyd edib.




Şirkət rəsmisi bildirib ki, İran əleyhinə sanksiyaların tətbiq
olunması və bank hesablarının dondurulmasına görə, İranın Hava
Yolları Şirkəti sözügedən borcları geri ala bilmir.

Əbdülləhi bildirib ki, İranın Hava Yolları Şirkətinin Avropa
ölkələrinə uçuşlarına gəldikdə bu məsələ sadəcə sanksiyalarla
əlaqədar deyil. Çünki texniki və nəzarət mərhələləri və lazımi
lisenziyalar alınmalıdır. Hətta İran Hava Yolları Şirkətlərinə
qarşı məhdudiyyətlər ləğv edildiyi halda, bu şirkətin Avropa
ölkələrinə reyslər təşkil etməsi üçün nəzarət yoxlamaları və
prosesin təkmilləşdirilməsi müəyyən vaxt alacaq.

Qeyd edək ki, sentyabrın 8-də ABŞ-nin Xarici Aktivlərə Nəzarət
İdarəsi (OFAC), İranın aviasiya sektoru ilə əlaqəli 36 quruma, o
cümlədən 27 İran aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar həmçinin İran aviaşirkətlərinə təyyarə, yükdaşıma və
agentlik xidmətləri göstərən xarici şirkətlərə də şamil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir