Pentaqon rəhbəri İsrailə gizli səfər edib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfəri zamanı
Baş nazir Binyamin Netanyahu ilə görüşüb.

Bu barədə “Axios” portalı məlumatlı mənbələrinə istinadla
məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, görüş bazar ertəsi baş tutub.
Danışıqların təfərrüatları açıqlanmayıb.




Portal qeyd edir ki, səfər ABŞ Prezidenti Donald Trampın İsrail
parlament seçkilərində Netanyahunu dəstəklədiyini bildirməsindən
bir gün sonra reallaşıb.

Görüşün ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların
mümkün bərpası ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta
təsadüf etdiyi bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir