Bakıda dayanıqlı biznes, korporativ idarəetmə və risklərin idarə olunması mövzusunda konfrans keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və
Komplayens (GRC) Konfransı keçirilir.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, konfransda biznes mühitində
şəffaflığın gücləndirilməsi, dayanıqlı idarəetmə prinsiplərinin
tətbiqi, risklərin idarə olunması və komplayens sahəsində aktual
məsələlər müzakirə ediləcək.

Konfransın proqramına əsasən, tədbirdə dövlət qurumlarının və
maliyyə sektorunun nümayəndələri, eləcə də müvafiq sahələr üzrə
mütəxəssislər iştirak edirlər.




Konfrans çərçivəsində keçirilən panellərdən biri komplayens
sahəsində qlobal və yerli çağırışlara həsr olunub. Müzakirələr
zamanı müasir dövrdə komplayens sahəsində yaranan yeni risklər və
çağırışlar, onların biznesə və tənzimləyici mühitə təsiri, habelə
risklərin idarə olunmasında mövcud çətinliklər və gələcək inkişaf
istiqamətləri nəzərdən keçiriləcək.

Digər paneldə isə biznes mühitində şəffaflığın gücləndirilməsi
məsələsi diqqət mərkəzindədir. İştirakçılar dayanıqlı idarəetmənin
gücləndirilməsində komplayens funksiyasının rolunu, bu yanaşmanın
biznesə təsirini və müxtəlif sektorlarda tətbiq olunan praktik
təcrübələri müzakirə edəcəklər.

Konfransın məqsədi dayanıqlı biznes və korporativ idarəetmə
sahəsində mövcud yanaşmaların müzakirəsi, risklərin idarə olunması
və komplayens üzrə təcrübə mübadiləsinin aparılmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir