Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya səfər etməyi planlaşdırır – KİV

Baş səhifə

Bakı.Trend:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya səfəri
etməyi planlaşdırır. Ağ Evin elçisi Norveçin paytaxtı Osloda
Vladimir Zelenski ilə məsləhətləşmələr apardıqdan sonra Rusiya
Prezidenti Vladimir Putinlə görüşməyə ümid edir

Bu barədə “Axios” portalının və İsrail televiziyasının 12-ci
kanalının müxbiri Barak Ravid mənbələrə istinadən X sosial
şəbəkəsində məlumat yayıb.

Onun məlumatına görə, Uitkoff hazırda oktyabrın 20-də Zelenski
ilə görüş keçirəcəyi Osloda səfərdədir. Məsləhətləşmələrdə Norveçin
Baş naziri Yonas Qar Störe ilə yanaşı, Böyük Britaniya, Almaniya,
İtaliya və Fransanın, həmçinin Avropa İttifaqı və NATO
rəhbərliyinin nümayəndələrinin iştirakı gözlənilir.

“Görüşün məqsədi Rusiya ilə danışıqların bərpası üçün əsas ola
biləcək hərtərəfli təklifin razılaşdırılması prosesini davam
etdirməkdir”, – deyə Ravid əlavə edib.




Onun həmsöhbətinin sözlərinə görə, Oslo görüşündən sonra Uitkoff
Rusiyaya səfər etməyə və Ukrayna və Avropadakı tərəfdaşlarla
birlikdə hazırlanmış təklifləri Putinlə müzakirə etməyə ümid
edir.

Ötən həftə ABŞ, Ukrayna və Avropa nümayəndələri bu
konsepsiyaların hazırlanması üzərində texniki səviyyədə çalışıblar.
Bu təkliflərə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə
iştirak etdiyi üçün Rusiyada məhkəmə qərarı ilə həbs olunmuş 72
yaşlı ABŞ vətəndaşı Stefan Hubbardın azad edilməsi də daxildir.

“ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropanın iştirakı ilə
hərtərəfli sülh təklifinin hazırlanması istiqamətində intensiv iş
aparılması barədə göstəriş verib. Növbəti addım isə bu işin Rusiya
ilə ciddi danışıqlar üçün əsas olub-olmayacağını yoxlamaq olacaq”,
– deyə mənbə bildirib.

Qeyd olunur ki, ABŞ liderinin xüsusi nümayəndəsi və kürəkəni
Cared Kuşner bu dəfə qrip xəstəliyinə tutulduğu üçün Uitkoffu
şəxsən müşayiət etməyəcək. O, məsləhətləşmələrdə distant şəkildə
iştirak edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir