Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

Baş səhifə

Bakı. Trend:

“Sonra ödəyərəm”… Hamımız ömrümüzdə bir dəfə də olsa bunu
demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə
düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq
keçmişdə qalır! Yeni imkan sayəsində müntəzəm ödənişləri bir dəfə
təyin edib, qalanını mobil tətbiqə həvalə etmək mümkündür.

İstifadəçilərə iki rahat seçim təqdim edilir:

  • Tarixə görə ödəniş: Müştərinin seçdiyi tarixdə
    məbləğ hesabdan və ya kartdan avtomatik çıxılır.
  • Borca görə ödəniş: Cari borc yarandıqda ödəniş
    borc məbləğinə uyğun olaraq avtomatik həyata keçirilir.

Nəticədə ödənişi unutmaq riski aradan qalxır, vaxta qənaət
olunur, hər şey isə tək toxunuşla idarə edilir. Artıq ödəniş
tarixlərini yadda saxlamağa və ya son günə qədər gözləməyə ehtiyac
yoxdur.




Sınamaq üçün Yelo App-ə daxil olub ödənişlər bölməsində “Yarat”
seçiminə toxunun və öz avto-ödənişinizi saniyələr içərisində qurun.
Qeyd edək ki, hələlik bu imkandan yalnız Android istifadəçiləri
yararlana bilərlər.

Yelo Bank müştərilərinin gündəlik maliyyə rutinini daha da
asanlaşdırmaq üçün Yelo App-i inkişaf etdirməyə davam edir. Yaxın
dövrdə tətbiqdə yeni funksiyalar istifadəyə veriləcək, mövcud
imkanlar isə daha da təkmilləşdiriləcək. Daha ətraflı: https://ylb.az/yldr.

Bankdan kredit ilə
maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir