Paşinyan kobud səhvə görə protokol rəhbərini işdən azad etdi

Baş səhifə

Bakı.Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti
Sadır Japarovla mətbuat konfransı zamanı etdiyi çıxışdakı səhvdən
sonra Dövlət Protokolu Xidmətinin rəhbəri Qaqik Vanoyanı
vəzifəsindən azad edib.

İşdən çıxarılma ilə bağlı qərar Ermənistan hökumətinin rəsmi
saytında dərc olunub.




Ermənistan KİV-lərinin məlumatına görə, 2022-ci ilin dekabrından
bu vəzifəni tutan protokol xidmətinin rəhbərinin işdən
çıxarılmasına Paşinyanın oktyabrın 17-də İrəvanda Japarovla
danışıqlardan sonra mətbuat üçün bəyanatla çıxış edərkən etdiyi
səhv səbəb olub.

Həmin vaxt Paşinyan Japarova müraciət edərkən onu Qazaxıstan
prezidenti adlandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir