
Bakı. Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin latın qrafikalı
əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu
imzalayıb.
Trend xəbər verir ki, bu barədə “Pressa.uz”
məlumat yayıb.
Yeni əlifbanın 28 hərf və bir apostrofdan ibarət olacağı
bildirilir. Dörd hərf birləşməsi yeni hərflərlə əvəzlənəcək: “G‘” –
“Ğ”, “O‘” – “Ö”, “Sh” – “Ş”, “Ch” – “Ç”. Həmçinin “Ng” birləşməsi
əlifbadan çıxarılacaq.
Məlumata görə, vətəndaşların adlarını pasportlarda, sürücülük
vəsiqələrində və digər sənədlərdə dərhal dəyişməsinə ehtiyac
yoxdur.
Xatırtladaq ki, uzun illər boyu ölkədə həm kirill, həm də latın
əlifbaları yanaşı istifadə olunsa da, 2023-cü il yanvarın 1-dən
bütün dövlət qurumlarında rəsmi sənədləşmənin
tam olaraq latın qrafikasına keçirilməsi prosesi sürətlənib.

