
Bakı. Trend:
Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və
Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin
konsentrasiyası yüksəlib.
Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli
Agentliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə
əsasən, Tbilisinin Ağmaşenebeli prospekti 73a və Tsereteli
prospekti 105 ünvanlarında, eləcə də Rustavinin Dostluq prospekti
35a ünvanında havanın keyfiyyəti “pis” kimi qiymətləndirilib.
Qardabaninin Tazakendi (Təzəkənd) kəndində isə vəziyyət daha
ağırdır. Buradakı monitorinq stansiyasının göstəricilərinə əsasən,
havanın keyfiyyəti “çox pis” səviyyəsində qeydə alınıb.
Agentliyin məlumatında havada PM10 və PM2.5 ölçülü bərk
hissəciklərin konsentrasiyasının artdığı bildirilir.
Xatırladaq ki, Təzəkənd Qardabani munsipalitetində yerləşir.
Mindən çox sakini olan kəndin sakinlərinin 98%-i etnik
azərbaycanlılardır.

