Pakistanda ağır yol qəzası – 11 ölü, çox sayda yaralı var

Baş səhifə

Bakı. Trend:

Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun yolun ayırıcı
zolağına çırpılaraq aşması nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə “Free Press Journal” məlumat yayıb.

Məlumata görə, Kəraçi şəhərindən Dera Qazi Xana gedən avtobus
Racanpur bölgəsində, Hind çayı magistralının Banqla Hidayat
yaxınlığındakı hissəsində sürücünün idarəetməni itirməsi
nəticəsində yolun ayırıcı zolağına çırpılaraq aşıb.




Ölənlərdən savayı 30-dan çox yaralının olduğu bildirilir.

Hadisə yerinə cəlb olunan xilasedicilər ölənlərin cəsədlərini və
yaralıları ətrafdakı xəstəxanalara çatdırıblar.

Faktla bağlı cinayət işi açılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir