
Bakı. Trend:
Yaponiyanın 47 prefekturasından ən azı 17-si 2040-cı ilədək 145
dövlət məktəbini bağlamağı planlaşdırır.
Bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələri arasında
sorğu keçirən “Asahi” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 2030-cu ilədək 13 prefekturada 41
məktəb, 2040-cı ilədək isə daha 37 məktəb bağlanacaq. Daha dörd
prefektura 2040-cı ilədək 67 məktəbi bağlamağı nəzərdə tutur.
Qəzet yalnız 17 prefekturadan konkret cavab ala bilib. Daha 30
prefekturada isə bu cür planların hazırda nəzərdən keçirildiyi
bildirilib.
Məktəblərin bağlanmasının əsas səbəbi əhalinin azalmasıdır.
Yaponiyanın İnzibati İşlər və Kommunikasiya Nazirliyinin proqnozuna
görə, 15 yaşadək əhalinin sayı 2024-cü ildəki 1,06 milyon nəfərdən
2039-cu ilədək təxminən 700 min nəfərə düşəcək.

