Sədərəkdə arvadını, daha sonra özünü bıçaqlayan şəxs cəzadan azad edilib

Baş səhifə

Sədərəkdə arvadını öldürməyə cəhddə təqsirləndirilən Zakir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Zakir Abbasovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qərara alınıb. Hökmə əsasən, o, cinayət məsuliyyətindən azad edilib, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sədərək rayonunda baş verib. Zakir Abbasov həyat yoldaşı Aləmzər Abbasovanı bıçaqlayıb, daha sonra isə özünə xəsarət yetirib.

Zakir Abbasova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir