
Bakı. Trend:
UNEC-in MBA proqramının “Risklərin idarə edilməsi”
ixtisaslaşması Beynəlxalq Peşəkar Risk Menecerləri Assosiasiyası
(PRMIA – Professional Risk Managers’ International Association)
tərəfindən akkreditasiyadan keçib.
Akkreditasiya çərçivəsində UNEC-in MBA proqramı üzrə tələbələri
və məzunları PRM (Professional Risk Manager) beynəlxalq
kvalifikasiyası üzrə ilk imtahandan azad olmaq, xüsusi güzəştlərdən
yararlanmaq və əlavə peşəkar imkanlar qazanmaq hüququ əldə
edirlər.
PRMIA akkreditasiyası tələbə və məzunların beynəlxalq səviyyədə
tanınan peşəkar kvalifikasiyaya yiyələnməsini asanlaşdırmaqla
yanaşı, onların maliyyə və risk menecmenti sahəsində karyera
imkanlarını genişləndirir, əmək bazarında rəqabətqabiliyyətliliyini
artırır.
Beynəlxalq akkreditasiya UNEC MBA proqramının beynəlxalq
nüfuzunun möhkəmləndirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi və
məzunların qlobal əmək bazarının tələblərinə uyğun hazırlanması
istiqamətində mühüm addımdır.

