Daha bir türk dövlətində AES tikiləcək

Baş səhifə

Bakı.Trend:

Rusiya dövlət korporasiyası “Rosatom”un rəhbəri Aleksey Lixaçov
bildirib ki, şirkət 2027-ci ildə Özbəkistanda tikilən atom elektrik
stansiyasının (AES) ərazisində reaktor korpuslarının inşasına
başlayacaq.

Bu barədə TASS məlumat yayıb.

2026-cı ilin sonunadək mütəxəssislər kiçik güclü reaktorlar üçün
nəzərdə tutulan beton bünövrələrin tökülməsini başa
çatdıracaqlar.




2027-ci ildə obyektin ərazisində maşın zallarının və idarəetmə
binalarının tikintisinə də başlanılacaq. Bundan əlavə, böyük güclü
enerji blokları üzrə genişmiqyaslı işlərə start veriləcək.

Dəyəri 9,5 milyard dollar olan layihə respublikanın Cizak
vilayətində həyata keçirilir.

Stansiya ənənəvi enerji bloklarını kiçik güclü reaktorlarla
birləşdirən unikal konfiqurasiyaya malik olacaq. Obyektin tam
istismara verilməsi 2035-ci ilədək planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir