Milli Məclisin növbəti plenar iclası – 12 məsələ gündəmdədir

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası
keçirilir.

Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, iclasda aşağıdakı məsələlər
müzakirə ediləcək:

1. Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun
təyin edilməsi haqqında.

2. “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun
əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsi.

3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş
).

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş
).




6. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

7. “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş
).

8. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci
oxunuş
).

9. “Aqrar sahə haqqında” Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit
ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar
nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş
).

11. “Məhsul şəhadətnaməsi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İcra
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş
).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir