ABŞ İranla müharibəyə bu halda son qoyacaq

Baş səhifə

Bakı.Trend:

ABŞ İranın nüvə proqramı ilə bağlı “əhəmiyyətli razılaşma” əldə
olunana qədər bu ölkə ilə müharibəni davam etdirəcək.

Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Financial
Times” (FT) qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, ABŞ prezidenti və Hərbi Dəniz
Qüvvələri İran limanlarına tətbiq olunan blokadanı davam etdirə və
İranla “uranın ölkə daxilində zənginləşdirilməsi ilə bağlı
əhəmiyyətli razılaşma” əldə olunana qədər iqtisadi sanksiyalar
vasitəsilə təzyiqi artıra bilər. ABŞ, həmçinin İranın artıq mövcud
olan yüksək dərəcədə zənginləşdirilmiş nüvə materialları
ehtiyatının tamamilə ləğvinə çalışacaq.




Uolts münaqişənin hətta bir ildən sonra da həll olunmamış qala
biləcəyini istisna etməyib. Bununla belə, o, İranın daha tez “ciddi
şəkildə danışıqlar masasına əyləşəcəyinə” ümid etdiyini
bildirib.

Bundan əlavə, FT qeyd edir ki, hazırda ABŞ prezidenti Donald
Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında noyabrın
3-nə təyin edilmiş ABŞ Konqresinə aralıq seçkilərdən sonra İrana
qarşı hücum əməliyyatlarının bərpası ilə bağlı danışıqlar
aparılır.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir