
Bakı. Trend:
Hindistan şirkətləri Azərbaycanda neft və energetika sektoruna
invesitisiyaya maraq göstərir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə günü Hindistan
xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycan xarici işlər
naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında
çıxışı zamanı deyib.
O bildirib ki, ikitərəfli ticarət və investisiyalarımızın daha
da genişləndirilməsi üçün çox yaxşı imkanlar mövcuddur.
“Bu gün biz razılaşdıq ki, neft və energetika sektoruna
invesitisiyaları daha da dərinləşdirməyə, həmçinin digər sahələri
də genişləndirməyə baxmalıyıq”,- deyə nazir əlavə edib.

