Mask saxtakarlıqda ittiham olunur

Baş səhifə

Bakı.Trend:

Amerikalı milyarder İlon Maskın uçan “Tesla Roadster”
avtomobilinin təqdimatının saxta şou olması ilə bağlı iddialar
yayılıb.

Bu barədə “Futurism” nəşrində məlumat yayılıb.

Oktyabrın ortalarında “Tesla” yerdən havaya qalxa bilən yeni
elektrik mühərrikli “Roadster” modelini təqdim edib. Təqdimat
zamanı idman avtomobili şaquli şəkildə havaya qalxıb, çevriliş edib
və təkərləri üzərində yerə enib.




Açıqlanan texniki xüsusiyyətlərə görə, “Rocket” versiyası 600
litr sıxılmış hava tutumuna malik çənlər, on istiqamətləndirici
ucluq və avtomobilin alt hissəsində yerləşən güclü ventilyatorla
təchiz olunub. Məlumata görə, bu avadanlıqların yerləşdirilməsi
üçün salonun sərnişin oturacaqlarını çıxarmaq lazım gəlib.

Təqdimatdan sonra müşahidəçilər ehtimal ediblər ki, çəkini
azaltmaq və yerə qənaət etmək məqsədilə “Tesla” mühəndisləri tam
ölçülü akkumulyatordan da imtina etmiş ola bilərdilər. Belə olan
haldaisə avtomobil adi yollarda istifadəyə yararsız hala gəlir.

İddiaya görə, avtomobilin havada olarkən alt hissəsinin
göründüyü bəzi kadrlarda ventilyatorun olmadığı diqqət çəkir. Bu,
müxtəlif tryukların fərqli avadanlıqlarla təchiz edilmiş
avtomobillərlə yerinə yetirildiyi barədə şübhələrə səbəb olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir