Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb – azı 5 yaralı var

Baş səhifə

Bakı.Trend:

Almaniyanın Aşağı Saksoniya federal torpağındakı
Noyştadt-am-Rübenberqe şəhərində sürücü idarə etdiyi avtomobili
izdihamın üzərinə sürüb. Hadisə nəticəsində azı beş nəfər xəsarət
alıb.

Bu barədə DPA agentliyi yerli polis idarəsinə istinadən məlumat
yayıb.

Hadisə bazar ertəsi axşam saatlarında baş verib. Polisin
məlumatına görə, sürücü avtomobili qəsdən insanların toplaşdığı
yerə yönəldib. Hadisə yerinin yaxınlığında növbətçilik edən polis
patrulu avtomobilə atəş açıb. Buna baxmayaraq, sürücü hadisə
yerindən qaça bilib.




Avtomobilin sürücüsü ilə xəsarət alan şəxslərin bir-birini
tanıdığı ehtimal edilir Yaralılar xəstəxanaya yerləşdirilib,
onların həyatına təhlükə yoxdur.

Polis nümayəndəsi bildirib ki, hadisənin təfərrüatları
araşdırılır və insident iştirakçılarının şəxsiyyətləri
müəyyənləşdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir