
Bakı. Trend:
ABŞ İsrailin raket hücumlarından müdafiə imkanlarını artırmaq
məqsədilə Texas ştatından ölkəyə əlavə “Patriot” zenit-raket
kompleksinin göndərilməsinə qərar verib.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə
istinadən məlumat yayıb.
Məlumata görə, noyabr ayında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus
daha bir aviadaşıyıcı zərbə qrupu da Yaxın Şərqə göndəriləcək. Yeni
qrupun hazırda regionda yerləşən 20 ABŞ hərbi gəmisinə qoşulacağı
gözlənilir.
Qeyd olunur ki, Vaşinqton İranla hərbi əməliyyatların yenidən
başlaya biləcəyi ehtimalını nəzərə alaraq Yaxın Şərqdəki hərbi
mövcudluğunu genişləndirir.
Qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ administrasiyası
münaqişənin yenidən alovlanacağı təqdirdə görülə biləcək
tədbirlərlə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir.

