İspaniyada dəhşətli qatar qəzası: azı 10 nəfər həlak oldu

Baş səhifə

Bakı. Trend:

İspaniyada baş verən dəhşətli dəmir yolu qəzası nəticəsində azı
10 nəfər həlak olub. Ölənlərin sayının artacağı ehtimal edilir.

El Pais qəzeti İspaniya hökumətinə istinadən məlumat verir ki,
qəza bu gün səhər saatlarında Toledo yaxınlığında, Urda stansiyası
ərazisində baş verib.

Yüksək sürətli AVE qatarı relslər üzərində dayanmış digər
qatarla toqquşub. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb.

Hadisənin səbəbləri və qəzanın dəqiq təfərrüatları
araşdırılır.




Qəza ilə əlaqədar Renfe şirkəti Madrid, Syudad-Real və Əndəlus
arasında dəmir yolu əlaqəsinin dayandırıldığını açıqlayıb.

Baş verən faciəyə görə İspaniya hökuməti bu gün üçün nəzərdə
tutulan planlarını ləğv edib.

Qəza yerində vəziyyət və ölənlərin dəqiq sayı ilə bağlı
məlumatlar dəqiqləşdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir