
Ermənistan parlamenti TRIPP nəqliyyat marşrutu ilə bağlı sazişi ratifikasiya edib. Sənədin lehinə 63 deputat səs verib, 32 deputat isə əleyhinə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Sazişə qarşı Ermənistan parlamentindəki müxalif “Güclü Ermənistan” və “Hayastan” fraksiyaları səs veriblər.
Bundan əvvəl layihə parlamentin Xarici əlaqələr komissiyasında, daha sonra isə plenar iclasda geniş müzakirələrə səbəb olub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir gün əvvəl parlamentdə çıxış edərkən layihənin Bakı ilə sülh müqaviləsi imzalanmamışdan əvvəl də həyata keçirilə biləcəyini bildirib. O, TRIPP və digər birgə təşəbbüslərin icrasının özlüyündə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verə biləcəyini də istisna etməyib.

