
Bakı. Trend:
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.
Trend-in
məlumatına görə, hadisə oktyabrın 29-da saat 23:50 radələrində
Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Bədəlov Ədalət Tofiq oğlu idarə
etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən yolun əks
istiqamətində hərəkət edən velosipedçi, 1993-cü il təvəllüdlü
Hüseynov Ülfət Vidadi oğlunu vurub.
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb,
istintaq aparılır.

