Çində dövlət məmurlarının əmlakına nəzarət sərtləşdiriləcək

Baş səhifə

Bakı. Trend:

Çin hökuməti dövlət qulluqçularının, eləcə də onların ailə
üzvlərinin korrupsiyaya qarşı yoxlanılması və fəaliyyətinə nəzarət
mexanizmlərini gücləndirməyi planlaşdırır.

Bu barədə “Sinxua” agentliyi Çin Kommunist Partiyası Mərkəzi
Komitəsinin plenumunda qəbul edilmiş qərara istinadən məlumat
yayıb.

Yeni tədbirlərin əsas məqsədi gizlədilən aktivləri aşkar etmək,
həmçinin məmurların rəsmi gəlirləri ilə real həyat tərzi arasındakı
fərqləri müəyyənləşdirməkdir.




Plan çərçivəsində yüksək vəzifəli şəxslərin ailə üzvlərinə
məxsus əmlak və xərclər yoxlanılacaq, onların yaxın qohumlarının
sahibkarlıq fəaliyyəti üzərində nəzarət daha da artırılacaq.

Bununla yanaşı, dövlət məmurlarına, o cümlədən vəzifədən və
təqaüdə çıxdıqdan sonra da nəzarətin gücləndirilməsi nəzərdə
tutulur. Həmçinin məsuliyyətdən yayınmaq məqsədilə vəzifəli
şəxslərin vaxtından əvvəl istefa verməsi hallarının qarşısının
alınması tapşırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir