Dost ölkədə köhnə avtomobillərin idxalı qadağan ediləcək

Baş səhifə

Bakı.Trend:

Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi ölkədə istismarına
icazə verilən nəqliyyat vasitələrinin texniki parametrlərinə
dəyişiklikləri təsdiqləyib.

Bu barədə TASS məlumat yayıb.

Dəyişikliklərə əsasən, dekabrın 30-dan etibarən ölkə sakinləri
şəxsi istifadə məqsədilə istehsal tarixindən beş ildən çox vaxt
keçmiş, eləcə də mühərrikinin ekoloji sinfi “Avro-5” standartından
aşağı olan avtomobilləri ölkəyə gətirə bilməyəcəklər.




Respublikanın normativ hüquqi aktlarının onlayn məlumat
bazasında dərc olunan sərəncamın mətninə əsasən, fiziki şəxslər
tərəfindən şəxsi istifadə məqsədilə Qazaxıstan ərazisinə gətirilən
avtonəqliyyat vasitələrinin ölkə ərazisində dövriyyəyə
buraxılmasına yalnız aşağıdakı tələblərə əməl edildiyi halda icazə
veriləcək: “avtonəqliyyat vasitəsinin ekoloji sinfi 5-ci və ya daha
yüksək olmalı, nəqliyyat vasitəsinin istehsal tarixindən beş ildən
çox vaxt keçməməlidir”.

Sərəncam dekabrın 30-da qüvvəyə minəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir