
Bakı. Trend:
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası
keçirilir.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, iclasda aşağıdakı 10 məsələ müzakirə ediləcək:
1. 8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası
Milli Məclisinin Bəyanatı.
2. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) seçilməsi haqqında.
3. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında
əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası
Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında
Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.
5. “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
6. “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
7. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
10. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

