Demokratlar Senata 55 mandat qazanacaq – NYT

Baş səhifə

Bakı.Trend:

ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən,
Demokratlar Partiyası Konqresin Senatına 55 yer əldə edəcək.

Bu barədə “The New York Times” qəzeti hesablamalarına istinadən
məlumat yayıb.

Nəşrin məlumatına görə, Respublikaçılar Partiyası Senatda 45
mandat qazanacaq.




Qəzetin hesablamalarına əsasən, Konqresin Nümayəndələr
Palatasında isə demokratlar 254 yerlə çoxluğu təmin edəcək,
respublikaçılar isə ən azı 172 mandat əldə edəcək.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar
Senatın və Nümayəndələr Palatasının üzvlərini seçirlər. Paralel
olaraq 36 ştatda qubernator seçkiləri keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir