
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u
axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın
ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək
çaxacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın
5-i günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından
başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan
xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq
ərazilərdə qar yağacağı, 5-i axşam, 6-sı gecə isə yağıntıların bir
qədər güclənəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara
bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi
istisna olunmur.
doluÖlkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 9-u
axşamadək davam edəcəyi, havanın temperaturunun ötən günlərlə
müqayisədə tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.

