
Bakı. Trend:
Noyabrın 7-də Seneqalın paytaxtı Dakarda keçirilən
Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində çimərlik
güləşi üzrə yarışlara start veriləcək.
Bu barədə Milli Olimpiya Komitəsindən məlumat verilib.
Məlumata əsasən, bu idman növündə Azərbaycanı iki idmançı təmsil
edəcək. Təmsilçilərimizdən Günel Kərimli 55 kiloqram, Nihad
Süleymanlı isə 80 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. İdmançılarımız
final mərhələsinə yüksələcəkləri təqdirdə, Günel Kərimli saat
20:55-də, Nihad Süleymanlı isə saat 21:15-də həlledici görüşə
çıxacaq.
Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi
üzrə ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki
təmsilçimiz isə noyabrın 8-də mübarizəyə qoşulacaq.

