
Bakı. Trend:
Günəşdə ikinci M sinifli partlayış qeydə alınıb.
Noyabrın 7-də Bakı vaxtı ilə saat 21:17-də 4566 nömrəli Günəş
ləkələri qrupunda (S07E10) rentgen diapazonunda 13 dəqiqə davam
edən M1.4 sinifli alovlanma baş verib.
Bundan əvvəl, şənbə günü M1.2 sinifli Günəş partlayışı da qeydə
alınıb.
Beləliklə, iki gündən az müddətdə Günəşdə baş verən
alovlanmaların sayı 35-ə çatıb.
Qeyd edək ki, Günəş alovlanmaları yaydıqları rentgen
şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X.
Ən aşağı sinif olan A0.0 Yer orbitində hər kvadratmetrə 10
nanovat gücündə şüalanmaya uyğundur. Hər növbəti sinfə keçdikdə
şüalanmanın gücü 10 dəfə artır.

