
Bakı.Trend:
İspaniyanın Araqon muxtar vilayətində keçirilən təlimlər zamanı
bir hərbçi həlak olub.
TASS-ın verdiyi xəbərə görə, bu barədə İspaniya Quru Qoşunları X
sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, “San-Qreqorio” təlim mərkəzində keçirilən təlim
tədbiri zamanı baş verən bədbəxt hadisə nəticəsində əsgər həyatını
itirib.
Ölkənin Müdafiə Nazirliyi də hadisə ilə bağlı başsağlığı verib.
Hərbçinin hansı şəraitdə həyatını itirdiyi açıqlanmır.

