BDYPİ səfərdən qayıdan sürücülərə xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərinin başa
çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə
qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb.

İdarənin müraciətində bildirilib ki, geri dönüş zamanı nəqliyyat
axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol
verilməməli və təhlükəli ötmə manevrlərindən çəkinilməlidir.

Qeyd olunub ki, uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin
diqqət etməli olduğu əsas məqamlardan biri yorğunluqdur. Sükan
arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin
uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.




BDYPİ sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi,
yuxusuz və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edib.

“Unutmayın, əsas məqsəd mənzil başına tez deyil, sağ-salamat
çatmaqdır!” – müraciətdə vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir