
Quba rayonunun İkinci Nügədi kəndində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.

