Ağstafada sursat partlayıb, ölən və yaralanan var

Baş səhifə

Bakı. Trend:

Ağstafa rayonunun Çeyrançöl ərazisində 2026-cı il 15 noyabr
tarixində sursat partlayışı hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətlərinin məlumatında bildirilib.

Qazax rayonu Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü
İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini
1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən
partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub,
Əmrahov Sahub isə xəsarət allb.




Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma
aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara
toxunmamağa, partlayıcı sursatlara müdaxilə etməməyə çağırır!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir