
Bakı. Trend:
Almaniya, Avstriya, Niderland, Danimarka və Yunanıstan Afrikanın
şərqində yerləşən Ruandada Avropada qalmaq hüququ olmayan
miqrantlar üçün geri qaytarılma mərkəzi yaratmağı planlaşdırır.
“The Guardian” qəzetinin məlumatına görə, ölkələr layihənin
həyata keçirilməsi ilə bağlı Ruanda ilə konkret danışıqlara
başlayacaqlarını açıqlayıblar.
Layihə çərçivəsində gələn ilin əvvəlindən təxminən 100 nəfərin
Ruandaya göndərilməsi nəzərdə tutulur. Sığınacaq müraciətləri rədd
edilmiş şəxslər mərkəzdə bir neçə ay qaldıqdan sonra Ruandada
məskunlaşmaq və ya öz ölkələrinə qayıtmaq arasında seçim edə
biləcəklər.
Təşəbbüs insan hüquqları təşkilatları və Avropa Parlamentinin
bəzi deputatları tərəfindən tənqid olunub. Onlar miqrantların
hüquqlarının qorunması ilə bağlı təminatların olmadığını
bildirirlər.
Fransalı avrodeputat Mélissa Camara razılaşmanı “ağır mənəvi
uğursuzluq” adlandırıb.

